Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə19/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   15   16   17   18   19   20   21   22   ...   252
73) Hansı vitamin suda həll olur?
A) E 
B) D 
C) K 
D) A 
E) C 
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C, 
B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008 
74) Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?
A) K 
B) C 
C) A 
D) E 
E) D 
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A 
hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008 
75) Sümüklərin normal inkişafı üçün hansı duzlar vacibdir?
A) Kalium 
B) Maqnezium 
C) Barrium 
D) Kalsium 
E) Natrium 
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması 
üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və 
göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008 


76) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) tutması zamanı ətraflara turna qoyarkən 
tibb işçisi nəyə fikir verməlidir?
A) Sadalananların hamısına 
B) Turna ancaq venaları sıxsın 
C) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın 
D) Arteriyalarda nəbz yaxşı əllənsin 
E) Turna qoyulan ətraflar qaralmasın 
Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur. Bu zaman 
tibb bacisi mütləq yuxarıda göstərilənlərə əməl etməlidir, belə ki, turna ancaq venaları sıxaraq, 
ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxsa müvafiq ətrafın qanla təchizatı 
pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz 
palpasiya edilməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin