B) Döş qəfəsinə havanın daxil olması
C) Döş qəfəsinə mayenin toplanması
D) Hamısı
E) Döş qəfəsinə irinin toplanması
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır.Dəri altı küt travmalar zamanı qabırğaların
yerini dəyişən qəlpəli sınıqları ağciyərin parenximasını və plevranı zədələyirsə bu zaman
pnevmotoraks əmələ gəlir.Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı(klapanlı)olur.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233
646) Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?
A) Oturaq sümüyünün sınığı
B) Büzdüm sümüyünün sınığı
C) Çanaq sümüklərinin tamlığının pozulması
D) Qasıq qabarının sınığı
E) Çanaq sümüklərinin tamlığının pozulmaması
Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə sümüyün eyni
vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və çanaqdaxili orqanlar
zədələnir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299
Dostları ilə paylaş: