Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə159/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   155   156   157   158   159   160   161   162   ...   252
629) Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?
A) Plazma çəhrayı rəngdə 
B) Plazma sarı rəngdə, şəffaf 
C) Qan üç qatlı, plazma isə şəffafdır 
D) Plazma şəffafdır 
E) Plazma bulanlıq, fibrin lopalarla 
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, sapa və çöpəbənzər liflər 
topalarla və qan laxtaları ilə rast gəlinir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164 
630) Resus amili qanın hansı elementində yerləşir?
A) Plazmada 
B) Eritrositlərdə 
C) Trombositlərdə 
D) Limfositlərlə 
E) Leykositlərdə 
İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen 
olmayanlar isə (Rh-) hesab olunur. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165 
631) Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir?
A) Feldşer 
B) Anestezist tibb bacısı 
C) Müalicə həkimi 
D) Həkim anestezioloq 
E) Qəbul şöbəsinin həkimi 
Premedikasiya xəstənin dərmanlarla əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl)
həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li
dimedrol. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189 
632) Yataq yaralarının profilaktikası üçün görülməyən tədbir hansıdır?


A) Rezin halqanın qoyulması 
B) Dərinin kamforalı spirtlə silinməsi 
C) Tənəffüs gimnastikası 
D) Xəstənin çevrilməsi 
E) Yataq ağlarının ütülənməsi 
Ağ ciyərlərdə durğunluğu və pnevmoniyanın profilaktikası üçün tənəffüs gimnastikası tətbiq edilir. 
Bunun yataq yarasına dəxli yoxdur. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197 
633) Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?
A) İltihab 
B) Yara ətrafında suluqlar 
C) Qanaxma 
D) İkincili nekroz 
E) Demarkasiya xətti 
Yaranın 3 əsas yerli simptomu var: ağrı, qanaxma və yara ağzı. Lakin ən təhlükəli simptom 
qanaxma hesab edilir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin