Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Əllərin işlənməsində hansı antiseptik məhluldan istifadə edilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə185/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   181   182   183   184   185   186   187   188   ...   252
739) Əllərin işlənməsində hansı antiseptik məhluldan istifadə edilir?
A) Lyuqol məhlulu 
B) Brilliyant yaşılı 
C) Benzoy turşusu 
D) Formalin 
E) Pervomur (C-4) 
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-
peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li 
pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. 
Pervomur məhlulu C-4 qarışığı da adlanır. 
Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46 
740) Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar?
A) Efir 
B) 3%-li hidrogen peroksid 


C) 5%-li yodun spirtli məhlulu 
D) Karbol turşusu 
E) Pervomur 
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32 
741) Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
A) Tiomoçevina 
B) Kükürd 
C) Benzoy turşusu 
D) Aspirin 
E) Nişasta 
Quruducu şkafda 180-2200C-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu 
tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır. 
Ədəbiyyat: Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42 
742) Halloidlər qrupuna hansı aiddir?
A) Brilliyant yaşılı 
B) Hidrogen-peroksid 
C) Furasilin 
D) Metilen abısı 
E) Yodonat 
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər 
halloidlər qrupuna aid edilir. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21 
743) Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
A) Qanın daxilə axması 
B) Nəbzvari al rəngdə qanın axması 
C) Qanın damcı ilə axması 
D) Qanın yara səthinin örtməsi 
E) Qanın yavaş axması 
Arteriyanın divarının zədələnməsi zamanı olan qanaxma arterial qanaxma adlanır. Arteriya 
damarlarında axan qan arterial qandır ki, bu da al qırmızı rəngdədir. Həmçinin qan ürəkdən birbaşa 
arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın 
xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin