Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Daxili qanaxmanın xarakter əlaməti hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə186/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   182   183   184   185   186   187   188   189   ...   252
744) Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
A) Dəri örtüyünün avazıması 
B) Arterial təzyiqin artması 
C) Temperaturun yüksəlməsi 
D) Diurezin çoxalması 
E) Dərinin hiperemiyası 
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu 


orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri 
örtüyü avazıyır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73 
745) Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
A) Buz qovuqcuğunun qoyulması 
B) Damarların sklet sümüklərinə sıxılması 
C) Ətrafa yuxarı vəziyyətin verilməsi 
D) Damar protezinin qoyulması 
E) Damara tikilməsi 
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə 
bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb 
müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün 
damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76 
746) Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
A) Endoskopik 
B) Rentgenoloji 
C) Perkusiya 
D) USM-Ultra səs müayinəsi 
E) Histoloji 
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən 
material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu 
üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165 
747) Metastaz nədir?
A) Şişin geriyə inkişafı 
B) Şişin böyüməsi 
C) Şişin parçalanması 
D) Şişin böyüməməsi 
E) Şişin yayılması 
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır. 
Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin