Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) “Diterexs” şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə189/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   185   186   187   188   189   190   191   192   ...   252
757) “Diterexs” şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?
A) Qabırğa sınıqlarında 
B) Onurğa sınıqlarında 
C) Çanaq sınıqlarında 


D) Yuxarı ətraf sınıqlarında 
E) Aşağı ətraf sınıqlarında 
“Diterexs” şinası 3 hissədən ibarətdir: Birinci boyuna müvafiq qoltuq altı şuxura yerləşdirilərək tış 
tərəfdən, ikinci hissə qasıq nahiyyəsinə, üçüncü hissə isə ayaq nahiyyəsinə təsbit edilir. İlk yardım 
kimi aşağı ətraf sınaqlarında qoyulur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312 
758) Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı nə etmək 
olmaz?
A) Soyuq qoymaq 
B) Xəstəni hərəkət etdirmək 
C) Ağrıkəsicilərin tətbiqi 
D) Xəstənin immoblizasiyası 
E) Qanaxmanı dayandırmaq 
Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək olmaz.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289 
759) Diz oynağının əzilməsində ilk yardım hansıdır?
A) Isti qoymaq 
B) Hərəkət etdirmək 
C) Maye içizdirmək 
D) Soyuq və sıxıcı sarğı qoymaq 
E) Massaj etmək 
Diz oynağının əzilmələrində hematoma əmələ gəlməsin deyə ilk yardım kimi soyuq və sıxıcı sarğı 
qoymaq lazımdır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301 
760) Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım nədən 
ibarətdir?
A) Sınıq nahiyyəsinin ağrısızlaşdırmaq 
B) Sınıq fraqmentlərinin repozisiyası 
C) Ətrafı nəqliyyat şinası ilə immobilizasiya 
D) Xəstəyə qurbağa vəziyyəti vermək 
E) Narkotik vurmaq 
Borulu sümüklərin sınığı varsa hadisə yerində ətrafı nəqliyyat şinası və əl altında olan vasitəsi ilə 
immoblizasiya etmək lazımdır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin