Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə192/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   188   189   190   191   192   193   194   195   ...   252
771) Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?
A) Yod 
B) Vazelin yağı 
C) Kamfora spirti 
D) Brilliyant yaşılı 
E) Lassar pastası 
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı 
stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə 
malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda 
isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar 
pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.403 
772) Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb işçisi xəstəyə nəyi 
məsləhət görür?
A) Ədviyyatlı qidaların qəbulu 
B) Aktivləşmiş kömürün qəbulu 
C) Hisə verilmiş qidaların qəbulu 
D) Süd məhsullarının qəbulu 
E) Mineral suların qəbulu 
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş 
kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.373 
773) Əməliyyat sahəsi nə ilə işlənilir?
A) 96%-li spirt 
B) 33%-li hidrogen peroksid 
C) 5%-li kalium permanqanat 
D) 1:5000 furasilin 
E) 0.5%-li xlorheksidin biqlyukonat 
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən 
təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlyukonat,yodonat və yodopironla 
işlənilir.Xlorheksidin biqlyukonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin 
işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu 
hazırlanır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.97 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin