Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
762) Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?
A) Pirogen
reaksiya
B) Sadalananların hamısı
C)
Toksiki reaksiya
D) Yerli reaksiya
E) Allergik reaksiya
Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və inyeksiya
nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
763) Bioloji antiseptikaya hansı aiddir?
A) Zərdabların vurulması
B) Hidrogen-peroksiddən
istifadə
C) Drenajların qoyulması
D) Yaraların I-li cərrahi işlənməsi
E) Sulfanilamidlərdən istifadə
Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
764) Fiziki antiseptikaya hansı aiddir?
A) Furasillindən istifadə
B) Zərdablardan vurulması
C) Antibiotiklərin vurulması
D) Yaraların drenajlanması
E) Yaraların
spirtlə işlənməsi
Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara möhtəviyyatı xaric
edilir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
765) Əl barmaqlarının zədələnmələri zamanı hansı sarğı növündən istifadə olunur?
A) Tısbağavari
B) Xaçvari
C) Cəngavər əlcəyi
D) Sünbülvari
E) İlanvari
Əl barmaqları zədələnərkən bütün barmaqları sarımaq üçün “Cəngavər əlcəyi” formasında
sarğıdan istifadə olunur.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Dostları ilə paylaş: