Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə201/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   197   198   199   200   201   202   203   204   ...   252
800) Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?
A) Sidik kanalına borunun yeridilməsi 
B) Sistostomaya borunun yeridilməsi 
C) Boşluğa borunun yeridilməsi 
D) Sidik kanalı ilə sidik kisəsinə borunun yeridilməsi 
E) Sidik kisəsinə borunun yeridilməsi 
Urologiyada geniş yayılmış instrumental proseduralardan biri də sidik kisəsinin 
kateterizasiyasıdır.Bu zaman kateter sidik kanalı ilə sidik kisəsinə yeridilir.Adətən sidik ləngiməsi 
zamanı sidik kisəsinin boşaldılması,analiz üçün sidiyin götürülməsi və həkimin təyinatına əsasən 
kateterdən dərman maddələrinin yeridilməsi məqsədilə aparılır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.436 
801) Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur?
A) 100-150 
B) 200-300 
C) 20-50 
D) 500-1000 


E) 100-200 
Sistostomalı xəstələrdə sidik kisəsinin yuyulması zamanı 500-1000 ml. 1:5000 nisbətində furasilin 
məhlulu istifadə olunur. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.435 
802) Kişilərdə kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?
A) 10 sm. 
B) 19-20 sm.(sidik xaric olana qədər) 
C) 15 sm. 
D) 12 sm. 
E) 14 sm. 
Kişilərdə sidik kanalının uzunluğu 19-20 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik 
kisəsindədir. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.437 
803) Qadınlarda kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?
A) 5-6sm.(sidik xaric olana qədər) 
B) 2 sm. 
C) 4 sm. 
D) 8 sm. 
E) 3 sm. 
Qadınlarda sidik kanalının uzunluğu 5-6 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik 
kisəsindədir. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.436 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin