828) Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır? A) 2%-li bor turşusu
B) 2%-li natrium-hidrokarbonat
C) 4%-li taufon
D) 0,1%-li deksametazon
E) 5%-li tanin
Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində
2 %-li Bor turşusundan istifadə edilərək konyuktival boşluq davamlı yuyulmalıdır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского
персонала, Феникс 2000, стр 192
829) Konyuktivitlər zamanı görə sarğı nə məqsədlə qoyulmur? A) Torlu qişanı zədələyir
B) Skleranı zədələyir
C) Buynuz qişa ilə büllur zədələnir
D) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısı alınır və buynuz qişada iltihab törədir
E) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısını alır və büllurda iltihab törədir
Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmaz.Bunda məqsəd buynuz qişada mikrob florasının
inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır.Əsasən gözə sarğılar müdafiə
məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, travmalar zamanı
təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan sonra, narahat xəstələrə qoyulur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского
персонала, Феникс 2000, стр 101
830) Konyuktivadan yaxma hansı əşya ilə götürülür? A) Pambıq tampon
B) Pipetka
C) Konik zond
D) Tənzif kürəcik
E) Şüşə çubuq
Konyuktivadan yaxma pambıq tamponun köməyi ilə götürülür. Bu prosedura göz almasında
aparılan əməliyyatdan əvvəl konyuktivanın sterilliyini yoxlamaq üçün həyata keçirilir.Götürülən
möhtəviyyat nazik qat şəklində əşya şüşəsinə yayılaraq havada qurudulur.Yaxma və əkmə üçün
material laboratoriyaya bakterioloji müayinəyə göndəriş vərəqəsi ilə çatdırılır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского
персонала, Феникс 2000, стр 30