Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Gözə sarğı hansı halda qoyulur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə212/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   208   209   210   211   212   213   214   215   ...   252
837) Gözə sarğı hansı halda qoyulur?
A) Traxoma 
B) Blefarit 
C) Keratit 
D) Konyuktivit 
E) Gözün yaralanması 
Gözə sarğı yaralanmalar zamanı müdafiə məqsədi ilə qoyulur. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 257 
838) Qlaukomanın profilaktik tədbirlərinə nə aiddir?
A) Görmə itiliyinə nəzarət 
B) İdmanla məşğul olmaq 
C) Gözün yuyulması 
D) Şəxsi gigiyenaya qulluq 
E) Vaxtaşırı tonometriya 
Qlaukomalı xəstələr,həmçinin yaşı 40 yaşdan çox olan şəxslər profilaktik məqsədlə göz daxili 
təzyiqi yoxlamaq üçün 6 aydan bir həkim-oftalmoloqa müraciət etməlidirlər. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 162 
839) Görmə itiliyi nəyin köməyi ilə müainə olunur?


A) Perimetr 
B) Y.B.Rabkinin cədvəli 
C) Tonometr 
D) Refraktometr 
E) S.S.Qolovinin cədvəli 
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin 
köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi 
əvvəl sağ sonra isə sol gözdə yoxlanılır. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 19 
840) Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur?
A) İşıq duyumu 
B) Rəng duyumu 
C) Gözün refraksiyası 
D) Görmə itiliyi 
E) Görmə sahəsi 
Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik cədvəlindən istifadə 
olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş formasından ibarət şəkil-testlər var.Normal 
rəng duyumu olan şəxslər müayinə zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng 
duyumu pozulan şəxslər isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng 
duyumu olan insanlardan fərqli olaraq mütəlif fiqurlar görürlər. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 22 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin