Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə214/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   210   211   212   213   214   215   216   217   ...   252
845) Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda 
islatmaq olmaz?
A) Aminokapron 
B) Atropin 
C) Efedrin 
D) Fizioloji məhlul 
E) Hidrogen-peroksid 
Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı 
istifadə edilmir. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 32 
846) Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?
A) Buruna isitqac qoyulması 
B) Dərman maddələrinin damızdırılması 
C) Dərinin qarla sürtülməsi 
D) Dərinin spirtdə isladılmış tamponla sürtülməsi 


E) Dəriyə məlhəmin sürtülməsi 
Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir.Yüngül 
dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir.Xarici burunun donması zamanı ilkin tibbi yardım 
qan təchizatının bərpa olunmasından ibarətdir. Bu məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra 
isə quru olaraq sürtülür.Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma 
müşahidə edilir. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 26 
847) Burun qanaxmalarında başa hansı vəziyyət verilir?
A) Kəskin vertikal 
B) Arxaya əyilmiş 
C) Güclü önə əyilmiş 
D) Kəskin horizontal 
E) Yüngül önə əyilmiş 
Burun qanaxmalarında ilkin tibbi yardıma aşağıdakılar aiddir; xəstəyə başı önə yüngül əyilmiş 
vəziyyət verilir,buruna soyuq kompres,ənsəyə buz qovuqcuğu qoyulur,burun girəcəyinə hemostatik 
maddələrdə(hidrogen-peroksid,adrenalin və s.)isladılmış pambıq tampon yeridilir,xəstənin əlinə 
ləyən verilir. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 32 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin