Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə215/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   211   212   213   214   215   216   217   218   ...   252
848) Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?
A) Burunla tənəffüsün çətinləşməsi 
B) Kəskin irinli rinit 
C) Seroz möhtəviyyatın ifrazı 
D) Kəskin irinli otit 
E) Yad cismlə aspirasiya 
Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə aspisiyadir. Ona görə 
yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi qarmaqla və ya Hartmaq tutqacı və ya küt 
Lanqe qarmağı vasitəsilə həyata keçirilir. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 43 
849) Badamcıq lakunalarının yuyulmasına göstəriş:
A) Xroniki tonzilit 
B) Kəskin tonzilit 
C) Paratonzillit 
D) Adenoidit 
E) Kəskin faringit 
Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və yerli müalicə. 
Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin, üodinal, dioksidin, 
oktinesept ) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu məqsədlə dərman 
maddəsi şprisə yığılır.Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq təklif olunur.Dil ortadan sol əllə 
şpatel iləfiksə olunur.Sağ əllə şprisi götürərək lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar 
olunur. 


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 100 
850) Haymor(əng) cibinin iltihabı necə adlanır?
A) Etmoidit 
B) Sfenoidit 
C) Bronxil 
D) Frontit 
E) Haymorit 
Əng cibi həm də haymor cibi adlanır.Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı 
bildirir.Haymor cibinin iltihabı haymorit adlanır. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 56 
851) Udlağın müayinəsi necə adlanır?
A) Bronxoskopiya 
B) Rinoskopiya 
C) Otoskopiya 
D) Larinqoskopiya 
E) Farinqoskopiya 
Udlağın alın reflektoru və qırtlaq gözgüsü ilə müayinəsi farinqoskapiya adlanır.Farinqoskopiya 
zamanı yumuşaq damarın hərəkətliliyi,ağız boşluğunun və udlağın selikli qişasının rəngi,qövslərin 
və damaq badamcıqlarının vəziyyəti müayinə olunur. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для 
среднего медработника, стр 68 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin