Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Gözün qurğuşunla xroniki zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə211/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   207   208   209   210   211   212   213   214   ...   252
834) Gözün qurğuşunla xroniki zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?
A) Konyuktivanın yuyulması 
B) Ağrıkəsici maddələrin damızdırılması 
C) Dezinfeksiyaedici göz məlhəminin sürtülməsi 
D) Təcili mədənin yuyulması 
E) Aseptik sarğının qoyulması 
Gözün qurğuşunla zəhərlənməsi istehsalatda-filiz yataqlarında,kimyəvi zavodlarda işləyən şəxslər 
arasında baş verir.Qurğuşun politrop təsirə malik istehsalatda rast gəlinən zəhərdir.Gözün kəskin 
zədələnməsi zamanı görmənin müvəqqəti itməsi və göz əzələlərinin iflicinə səbəb olur.Xroniki 
zəhərlənmələr zamanı xarici düz əzələlərin pareze və nistaqın baş verir.Görmə itiliyi,işıq duyma bir 
qədər zəifləyir.Bu zaman ilkin tibbi yardıma təcili olaraq mədənin yuyulması,işlədici dərmanlardan 
istifadə etmək vacidir.Xəstəyə sonradan süd və yumurta sarısı içizdirilir.Bununla yanaşı 
sidikqovucu preparatlardan istifadə olunur. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 200 


835) Gözün selikli qişasının iltihabı necə adlanır?
A) Traxoma 
B) Blefarit 
C) Konyuktivit 
D) Qlaukoma 
E) Katarakta 
Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz qapağının arxa 
səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva parıltılı, hamar,açıq-çəhrayı 
rəngdədir. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 97 
836) Gözün görmə sahəsinin müayinəsi nə adlanır?
A) Oftalmoskopiya 
B) Mikroskopiya 
C) Refraktometriya 
D) Tonometriya 
E) Perimetriya 
Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi ilə aparılır.Bu 
cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini almaq mümkündür. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 23 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin