Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Göz daxili təzyiqin artması hansı xəstəlikdə müşahidə olunur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə208/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   204   205   206   207   208   209   210   211   ...   252
825) Göz daxili təzyiqin artması hansı xəstəlikdə müşahidə olunur?
A) Konyuktivit 
B) Blefarit 
C) Traxoma 
D) Qlaukoma 
E) Katarakta 
Göz daxili təzyiqin daima artması göz qişasında(torlu qişa və görmə siniri diskində)atrofik 
dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib 
çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz almasında göz 
nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 151 
826) Göz daxili təzyiqin ölçülməsi necə adlanır?
A) Kampimetriya 
B) Qonioskopiya 
C) Perimetriya 
D) Tonometriya 
E) Oftalmoskopiya 
Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. Bu üsul 1984-
cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. Müayinə zamanı Maklakovun 5, 
7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə olunur. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 35-36 
827) Gözün turşu ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
A) 0,1 %-li sirkə turşusu 
B) 2%-li bor turşusu 
C) 20%-li natrium-sulpasil 
D) 0,25%-li dikain 
E) 2%-li natrium-hidrokarbonat 
Turşu ilə yanıqlar zamanı turşunun təsirinin neytrallaşdırmaq üçün10-20 dəqiqə müddətində 2 %-li 
Natrium-hidrokarbonat-qələvi məhlulundan istifadə edərək konyuktival boşluq davamlı 
yuyulmalıdır.Bu məqsədlə nazik rezin baloncuq istifadə olunur.Yuyulma üçün götürülən məhlulun 
qabına rezin şlanq birləşdirilərək xəstənin başından bir qədər yuxarıda tutmaqla gözün davamlı 
yuyulması həyata keçirilir. 


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 192 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin