902) Donmaların kliniki gedişi neçə dövrə bölünür?
A) 1
B) 5
C) 2
D) 4
E) 3
Donmaların kliniki gedişi iki dövrə bölünür:
1. Gizli dövr-bu dövrdə toxumaların yerli hiperemiyası baş verir.Sonra dəri avazıyır,giziltili ağrı
olur,getdikcə həmin nahiyədə hissiyat itir.
2. Reaktiv dövr-bu donmuş ətrafın qızdırılmasından sonra baş verir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122
903) Dırnağı yatağından çıxardıqda hansı anesteziya növündən istifadə edilir?
A) Peridural anesteziyadan
B)
Regionar anesteziya
C) Venadaxili anesteziyadan
D) Futlyar anesteziya
E) İnfiltrasion anesteziya
Regionar anesteziyada 1-2%-li novakain sinirin perinevral və ya endonevral qatına
vurulur.Anesteziya 10-15 dəqiqə sonra başlayır.Əl və ayaq barmaqlarında aparılan kiçik
əməliyyatlarda istifadə edilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 60
904) Hansı çıxıqlarda oynaq kisəsi zədələnmir (partlamır)?
A) Bazunun
B)
Budun
C) Dirsəyin
D) Mil biləyin
E) Aşağı çənənin
Aşağı çənənin çıxığı birtərəfli və ikitərəfli olur. Çənənin çıxığı müxtəlif səbəblərdən ola bilər.
Çıxığın bu formasında oynaq kisəsi zədələnmir, partlamır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 181
905) Odlu silah yaraları hansı üsulla cərrahi işlənir?
A) Topçubaşov
B) Koçergin
C) Piraqov
D) Petrovski
E) Şamov
Odlu silah yaralarını Piraqov üsulu ilə işlədikdə yara kanalı açılaraq içərisində olan
yad cisimlər
çıxarılır,qanaxma tam dayandırıldıqdan sonra yaraya tikişlər qoyulur,
lakin saplara düyün
vurulmur.Yara 1 sutka açıq saxlanılır.2-ci gün yaraya drenaj qoyulmaqla sap düyünlənir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
Dostları ilə paylaş: