Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Hiperqlikemik komanın əlamətləri hansılardır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə48/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   44   45   46   47   48   49   50   51   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

90) Hiperqlikemik komanın əlamətləri hansılardır? 
 
A) Quru dəri, küylü tənəffüs, ağızdan aseton iyinin gəlməsi 
B) Tərləmə, oyanıqlıq 
C) Qarın nahiyyəsində ağrı, temperaturun qalxması 
D) Arterial təzyiqin kəskin qalxması 
E) Qıcolmalar 
Hiperqlikemik koma zamanı qanda qlükozanın miqdarı kəskin artır, bu da dərinin qurumasına səbəb 
olur. Qanda keton turşularının parçalanması aseton iyinin gəlməsinə səbəb olur. 
 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436 
 
91) Hiperqlikemik koma zamanı təxirəsalınmaz yardım nədən ibarətdir? 
 
A) Dehidratasiya 
B) Vena daxili poliqlükin məhlulu 
C) İnsulin terapiyası, rehidratasiya 
D) Vena daxili 5%-200 ml Qlükoza məhlulu 
E) Əzələ daxilinə ağrıkəsicilər 
Hiperqlikemik koma zamanı,insulin qanda qlükozanın səviyyəsini stabilləşdirir. Rehidratasiya isə 
damar tonusunu,ürəyin dəqiqəlik həcmini artıraraq ürək-damar sisteminə müsbət təsir göstərir. 
 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436-437 
 
92) Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir? 


 
A) İstənilən vəziyyətdə 
B) Sağ böyrü üstə 
C) Başın səviyyəsi aşağı vəziyyətdə 
D) Oturaq vəziyyətdə 
E) Yarımoturaq vəziyyətdə 
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə 
bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, 
başı aşağı vəziyyətdə nəql edirlər. 
 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil ” Bakı 1998. 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin