438) Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?
A) Məktəb yaşında
B) Südəmər dövrdə
C) 3 yaşdan böyük uşaqlarda
D) Yeni doğulma dövründə
E) 1-3 yaşlı uşaqlarda
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətli gedir, qan yaradan orqanlar çoxlu
miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun
pozulması infeksion amillər və s uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.
Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр 176
439) Uşaqlarda enterebiozu nə törədir?
A) Bizquyruqlar
B) Lyamblya
C) Askarid
D) Öküz soliteri
E) Trixosefolioz
Qurd invaziyaları içərisində uşaqlar arasında ən enteribioza təsadüf edilir. Xəstəliyi bizquyruq
qurdlar törədir,yaşama müddəti 3,4 həftədir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139