Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə139/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   135   136   137   138   139   140   141   142   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

250) Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır? 
 
A) Dizləri və dirsəkələri yerə dayanmış vəziyyətdə 
B) Sağ tərəfi üstə 
C) Sol tərəfi üstə 
D) Arxası üstə 
E) Qarnı üstə 
Təmizləyici imalə aparmaq üçün xəstəni sol böyrü üstə kuşetkaya və ya çarpayıyının kənarına yaxın 
uzadırlar, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır. 
 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41.“Çıraq “ 2008 
 
251) Ağır xəstənin dərisini hər gün hansı məhlulla silmək lazımdır? 
 
A) 10%-lı kamfora spirti ilə 
B) 10%-lı kalium permanqanatla 
C) 960-li etil spirti ilə 
D) 10%-lı naşatır spirti ilə 
E) 0,02%-lı furasillin məhlulu ilə 
Ağır xəstələr uzun müddət yataqda qaldıqda onlarda yataq yaraları əmələ gələ bilər. Bunun qarşısını 
almaq üçün tibb bacısı belə xəstələrin dərisini hər gün 10%-li kamfora spirtində isladılmış tamponla 
silməli və sildiyi nahiyələri həmin tamponla da yüngül masaj etməlidir 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998 
 
252) Ağciyərlərin irinli xəstəliklərinin müalicəsində əsasən hansı qrup dərmanlara üstünlük 
verilir? 
 
A) Vitaminlər 
B) Xolinolitiklər 
C) Ağrıkəsicilər 
D) Bronxolitiklər 


E) Antibiotiklər 
Bütün irinli proseslərdə olduğu kimi ağciyərlərin irinli xəstəliklərində də kompleks terapiyanın 
önündə antibiotiklərə üstünlük verilir (böyük dozalarda). Bu ilk növbədə əsasən irinləməyə səbəb 
olan mikrofloraya təsir edir. 
 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-231 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin