A) Mədənin
B) Göbəyin
C) Dalağın
D) Dərinin
E) Qara ciyərin
Yeni doğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası
infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu isə omfolit adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
359) Hipoqalaktiya nədir?
A) Mədə-bağırsaq pozğunluğu
B) Vitamin çatışmazlığı
C) Ana südünün çatışmazlığı
D) Qan azlığı
E) Qida çatışmazlığı
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə
müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.