363) Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?
A) Sepsisin
B) Dermatitin
C) Qonoblenoreyanın
D) Sistitin
E) Omfolitin
Uşaq doğulan kimi qonoblenoreyanın profilaktikası aparılır.Bu zaman 1%-li tetrasiklin, 0,5%-li
eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
364) Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Sinverman
B) Dubovic
C) Apqar
D) Neceporenko
E) Ortner
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət
uşaqda ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzəzlə tonusu , dərinin rəngi müayinədən
keçirilərək balla hesablanır