73) Hansı vitamin suda həll olur?
A) E
B) D
C) K
D) A
E) C
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C,
B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008
74) Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?
A) K
B) C
C) A
D) E
E) D
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A
hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008
Dostları ilə paylaş: |