Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
68) Yağ imaləsini nə vaxt aparırlar?
A) Zəhərlənmələrdə
B)
Uzun sürən qəbizlikdə
C)
Doğuşdan qabaq
D) Ağır xəstələri qidalandırmaq üçün
E) Qarın boşluğunda aparılacaq
əməliyyatdan qabaq
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml
yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır
və nəcisin çıxmasına
kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması
üçün yağ imaləsini
axşam aparmaq lazımdır.
Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.
Dostları ilə paylaş: