Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə174/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   170   171   172   173   174   175   176   177   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

314) Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur? 
 
A) Süd 
B) Ət 
C) Tərəvəz 
D) Yumurta 
E) Meyvə 
Mədə xərçəngi zamanı xəstəliyin başlanğıc dövrü üçün xas olan erkən əlamətlərdən biri  xəstədə ətli 
qidalara qarşı ikrah hissinin olmasıdır, çünki ətli qidaları nəinki yedikdə ,hətta gördükdə belə 
xəstədə güclü öyümə, bəzən qusma olur. 
 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 337. 
Bakı. “Təbib “1998 
 
315) 20 yaşlı xəstə qarnında yeməkdən 4-5 saat sonra ,acqarnına, bəzən gecə başlanan 
ağrılarla feldşerə müraciət edib. Dediyinə görə qida qəbulundan sonra ağrıları azalır, 
qəbizliyə meyllidir, iştahası pozulmayıb. Anamnezdən məlum olur ki , xəstə içkiyə 
aludədir.Baxış zamanı xəstənin rəngi avazımış ,dili ağ ərplə örtülüdür.Palpasiya zamanı 12 
barmaq bağırsağın proyeksiyası bərk ağrılıdır.Təxmin edilən diaqnoz aşağıdakılardan hansı 
ola bilər? 
 
A) Kəskin pankreatit 
B) Kəskin qastrit 
C) Mədə xərçəngi 
D) Mədə xorası 
E) 12 barmaq bağırsaq xorası ,kəskinləşmə mərhələsində 
Anamnezə əsasən : qarında gec , gecikmiş və gecə ağrılarının olması , qəbizliyə meyllik .Bunlara 
səbəb odur ki,mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq 
bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır və bu da bərk ağrıya səbəb olur ,ona 
görə ağrı olduqda xəstə qida qəbul edirsə ağrı dərhal kəsilir.Obyektiv müayinəyə əsasən dilin ərpli 
və bağırsaq proyeksiyasının ağrılı olması diaqnozu bir daha təsdiqləyir. 
 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. 
Bakı.“Təbib“1998 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin