Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə172/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   168   169   170   171   172   173   174   175   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

310) Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır? 
 
A) Kəskin pankreatit 
B) Kəskin qastrit 
C) Mədə xərçəngi 
D) Mədə xorası 
E) 12 barmaq bağırsaq xorası 
12 barmaq bağırsağın xorası  epiqastral nahiyədə gecə , gecikmiş və acqarına ağrıların yarnmasına 
səbəb olur. Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq 
bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır ,bu da bərk ağrıya səbəb olur . Ağrı 
olduqda xəstə qida qəbul edərsə ağrı dərhal kəsilir. 
 
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 321. 
Bakı.“Təbib “1998 
 
311) 12 barmaq bağırsağın xorası zamanı hansı preparatın qəbulu xəstənin ağrılarını 
azaltmır? 
 
A) Biseptol 
B) Natrium hidrokarbonat 
C) Almagel 
D) Fosfolügel 
E) Maaloks 
Biseptoldan başqa digər preparatların hamısı antasidlərdir.12 barmaq bağırsaq xorası zamanı 
bunların qəbulu xəstənin vəziyyətini yüngülləşdirir, çünki bunlar qələvi əsaslı maddələrdir və mədə 
şirəsinin HCl turçusu ilə reaksiyaya girərək həll olan duzlar əmələ gətirirlər  və xoranın 
qıcıqlanmasının qarşısını alırlar.Biseptol sulfanilamid preparatlarına aid olduğu üçün onun qəbulu 
məqsədəuyğun deyil. 
 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. 
Bakı. “Təbib“ 1998 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin