Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Ürək qüsurlarının yaranması ilə fəsadlaşan xəstəlik hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə90/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   86   87   88   89   90   91   92   93   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

163) Ürək qüsurlarının yaranması ilə fəsadlaşan xəstəlik hansıdır? 
 
A) Revmatizm 
B) Eksudativ plevrit 
C) ÜİX 
D) Kəskin qastrit 
E) Hipertoniya 
Revmatizm infeksion-allergik xəstəlik olub, birləşdirici toxumanın sistemli sürətlə iltihabı 
zədələnməsi ilə xarakterizə olunur. Bu zədələnmə əsasən ürək-damar sistemini əhatə edir. Xəstəlik 
qapaq aparatının üzvi dəyişikliyinə səbəb olur. 
 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 287 
 
164) Mədə və 12 barmaq bağırsaq xorasının ağırlaşmasına aid deyil? 
 
A) Xoranın penetrasiyası 
B) Perforasiya 
C) Başqa orqanlara metastaz 
D) Bədxassəli transformasiya 
E) Qanaxma 
Mədə və 12 barmaq bağırsaq xorası yalnız bədxassələşdikdən sonra, yəni mədə xərçənginə keçid 
aldıqdan sonra metastaz verə bilər. Əsas ağırlaşmalar isə digər variantlarda  sadalanan 
ağırlaşmalardır. 
 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 349 
 
165) Kəskin qlomerulonefrit xəstəliyi zamanı hansı müayinə metodları ilk növbədə 
aparılmalıdır? 
 
A) Ekskretor Uroqrafiya 
B) Böyrəklərin USM-si 
C) Böyrəklərin R-Skopiyası 
D) Sistoskopiya 
E) Qanın və sidiyin ümumi müayinəsi 
Kəskin qlomerulonefrit xəstəliyi zamanı qanda (leykositoz, EÇS-nin yüksəlməsi) və sidikdə 
(hematuriya, proteinuriya, silindruriya) gərgin ifadə olunan dəyişikliklər müşahidə olunur. Qalan 
müayinə metodları sonradan yerinə yetirilə bilər. 
 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 396 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin