157) Tac damarların aterosklerozu zamanı əsas simptom hansıdır?
A) Ürəkbulanma
B) Hipertenziya
C) Təngnəfəslik
D) Döş sümüyü arxası ağrı
E) Baş ağrısı
Tac damarların aterosklerozu zamanı döş sümüyü arxası ağrı, tac damarların topoqrafik
anatomiyasına uyğun olaraq lokalizə olunur. Bu zaman ürək əzələsi lazımi miqdarda qanla təchiz
olunmadığından ilk növbədə ağrı simptomu ortaya çıxır.
Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990 Стр 194-198
158) Miokard infarktının hansı forması atipik forma deyil?
A) Aritmik forma
B) Serebral forma
C) Anginoz forma
D) Abdominal forma
E) Astmatik forma
Miokard infarktı zamanı ürək əzələsinin nekrozu baş verir. Bu da ilk növbədə döş sümüyünün
arxasında güclü ağrı ilə müşayət olunur (status anginosu). Xəstəliyin tipik gedişi bu formada olur.
Anginoz formadan başqa digər formalar miokard infarktının atipik formaları sayılır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 307-317
159) Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə yüksək olur?