Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1


İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir



Yüklə 175,74 Kb.
səhifə15/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
biletlerin cavablari

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir.


Komissiyanın sədri: prof.R.S.Məmmədov


Komissiyanın üzvləri: prof.A.H.Hüseynov
dos.Ş.R.Rəhimov
dos. Ş.M.Cəfərova
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №9


İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi



  1. TCP/İP protokollar steki. İCMP,İP,TCP, UDP, ARP protokolları, onların funksiyaları və formatları.

Hal-hazırda ən geniş istifadə olunan protokollar steki TCP/İP stekidir. TCP/İP stekinin inkişafı (İnternetdə olduğu kimi) XX əsrin 60-cı illərinin sonlarından ABŞ müdafiə nazirliyinin ARPANet (Advanced Research Project Agensy Network- şəbəkələrin perspektiv layihələndirilməsinin tədqiatları agentliyi) layihəsi ilə başlamışdır. Digər protokollar steklərindən (məsələn, İPX/SPX stekindən) TCP/İP stekinin əsas üstünlüyü ondan ibarətdir ki, o, şəbəkə ünvanlaşdırılması, paketlərin fraqmentləşdirilməsi və az saylı genişyayımlı məlumatlar sistemidir. Bu üstünlüklər təkcə həmcins olmayan arxitekturalı şəbəkələri birləşdirən qlobal şəbəkələrin qurulmasında deyil, həm də geniş əhatəli korporativ şəbəkələrin qurulmasında da həlledici rol oynamağa başladı. Nəticədə TCP/İP protokollar steki həm çox da böyük olmayan ev şəbəkələrində, həm də İnternet qlobal şəbəkəsində istifadə edilərək digər protokollar steklərini praktiki olaraq sıxışdırıb aradan çıxardı. TCP/İP protokollar steki ümumi daxil olmaya malik olduğundan onun standartları (eləcə də sadəcə olaraq informasiya materialları) İnternetdə “RFC” (Request for Comment- şərhlər sorğusu) adı ilə ardıcıl artma nömrəsi ilə nəşr edilir. Misal üçün, İP protokolunun xüsusiyyətləri RFC 791-də, HTTP protokolunun 1.1 versiyasının xüsusiyyətləri RFC 2616-da verilmişdir. RFCnin birinci sənədi hələ 1969-cu ilin aprelində təqdim edilmişdir, indi isə RFCnin cari nömrələri 4 mindən çoxdur. TCP/İP stekinin yeddi səviyyəli OSİ modelindən fərqli olaraq dörd səviyyə çərçivəsində təsvir olunması qəbul edilmişdir (şəkil 45).
2. Təşkilatın idarə edilməsində strateji planlaşdırma. “ Məqsədlər ağacının “ formalaşdırılması.
3. Müasir kompüter texnikası, multimediya vasitələri.
Kompüter arxitekturası aparat-proqram vasitələrinin ümumi prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikalarıdır. Kompüterin arxitekturası və strukturu anlayışı bəzən bir birinə bənzədilsə də onlar arasında kəskin fərq vardır. Belə ki, kompüterin strukturu dedikdə onun tərkib hissələri (əsas və əlavə qurğular, yaddaş qurğuları və s.) və onlar arasındakı əlaqələr nəzərdə tutulur. Arxitektura dedikdə isə bu tərkib hissələrinin öz aralarında necə əlaqələndirilməsi başa düşülür. V nəslin bəzi nümayəndələrini çıxmaqla bütün nəsil kompüterlərin arxitekturasında məşhur amerikan alimi Con Fon Neymanın 40-cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür. Neyman arxitekturasının əsas prinsipləri aşağıdakılardır: 1. Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir. 2. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektoru şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır. 3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar. 4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir. Kompüter texnikasının inkişaf mərhələlərində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyəsi Şəkil 2.6.-da göstərilən arxitekturaya gətirib çıxardı. Neyman arxitekturalı hər bir kompüter iki hissədən – mərkəzi hissədən və periferiya (xarici) hissəsindən ibarət olur (Şəkil 2.7.). Mərkəzi hissə hesab-məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DYQ) ibarətdir. Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə-xaricetmə qurğuları (DXQ), idarə pultu daxildir. Köhnə kompüterlərdə (I və II nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlərlə əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterlərdə mərkəzi hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat-proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir.
Mikroprosessor kompüterin “beyni” olub, kompüterdəki bütün hesablayıcı və məntiqi əməliyyatları həyata keçirir və kompüterin işini idarə edir. Kompüterin işləmə sürəti də sırf prosessorun sürəti ilə xarakterizə edilir. • Kompüterdə hal-hazırda icra edilən proqramlar və bu proqramlar vasitəsilə emal edilmiş verilənlər kompüterin yaddaş qurğularında saxlanılır. Onlar yaddaşa daxiletmə qurğuları vasitəsilə daxil edilir. Yaddaşın tutumu baytlarla ölçülür (kilobayt, meqabayt, giqabayt, terabayt). Kompüterin yaddaşı mürəkkəb quruluşa malik olub, iyerarxik prinsiplə qurulur və müxtəlif tipli yaddaş qurğularından istifadə olunur. Funksional baxımdan yaddaş iki hissəyə bölünür: daxili və xarici. • Daxili və ya əsas yaddaş prosessorla bilavasitə əlaqədə olub, icra olunan proqramların və emal olunan verilənlərin saxlanması üçündür. Daxili yaddaşın işləmə (yaddaşa müraciət) sürəti yüksək, tutumu nisbətən kiçik olur. Daxili yaddaş iki hissədən ibarət olur: Əməli yaddaş (operativ yaddaş, ƏY) və daimi yaddaş (DY). • Əməli yaddaş (RAM – Random Access Memory, operativ yaddaş, müvəqqəti yaddaş) emal olunan proqram və verilənlərin müvəqqəti saxlanılması üçün istifadə edilir. Əməli yaddaş DYQ-nin əsasını təşkil edir, informasiyanın qəbul edilməsi, saxlanması və ötürülməsi üçün istifadə olunur. O, adətən enerjidən asılı olur, yəni kompüter şəbəkədən ayrıldıqda ƏY-dakı informasiya silinir. • Əməli yaddaşa nisbətən tutumu xeyli kiçik olan daimi yaddaş (ROM – Read Only Memory) informasiyanın saxlanması üçün istifadə olunmur, yəni istifadəçilər tərəfindən oraya informasiya yazılması mümkün deyil. İnformasiya oraya kompüterin istehsalı zamanı yazılır və adi istifadəçilər tərəfindən dəyişdirilə bilməz. Daimi yaddaşda kompüterin işi üçün vacib olan proqramlar (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.) və verilənlər (kompüterin parametrləri haqqında olan informasiya) saxlanılır. Daimi yaddaş mikrosxemində kompüterin əməliyyat hissəsinin bir bölməsi – daxiletmə və xaricetmənin baza sistemi (BIOS) saxlanılır. Daimi yaddaş enerjidən asılı deyil, yəni kompüter elektrik enerjisindən ayrıldıqda belə oradakı informasiya saxlanır. • Xarici yaddaş kompüterin periferiya hissəsinə daxil olub, emal olunan proqram və verilənlərin uzun müddət saxlanması üçün istifadə olunur. Bu yaddaş enerjidən asılı olmayan daşıyıcılarda (maqnit diskində, maqnit lentində, fləş kartında, optik diskdə və s.) qurulur. İşləmə prinsipinə görə xarici yaddaş iki cür olur: birbaşa müraciətli (sərt disk, fləş-kart, optik disk və s.) və ardıcıl müraciətli (maqnit lenti). Birbaşa müraciətli XYQ nisbətən böyük işləmə sürətinə malik olduğundan, müasir kompüterlərdə daha çox istifadə olunur. Ardıcıl müraciətli XYQ əsasən informasiyanın ehtiyat üçün saxlanması məqsədilə istifadə olunur (strimer). • Daxiletmə-xaricetmə qurğuları informasiyanın kompüterə daxil edilməsi və kompüterdən xaric edilməsi, həmçinin istifadəçi ilə kompüter arasında dialoqun təşkili üçün istifadə olunur. Şəkil 2.7. Kompüterin məntiqi strukturu Kompüter və onun texniki təminatı 5 Daxiletmə-xaricetmə prosesləri daxili yaddaşdan istifadə edilməklə aparılır. Müasir kompüterlərdə bu qurğulara klaviatura, maus tipli manipulyator, hərf-rəqəm və qrafik çap edən qurğu (printer), displey (monitor), qrafikçəkən qurğu (plotter), skaner və s. aiddir. • İdarə pultu ölçüləri çox böyük olan kompüterlə iş zamanı proqramçı və ya operator tərəfindən kompüterin idarə edilməsi üçün istifadə olunurdu. Hal-hazırda onu daha müasir qurğular əvəz etmişdir. Sistem interfeysi mərkəzi və periferiya hissəsi arasında aralıq rolunu oynayır, periferik hissədən gələn siqnalların mərkəzi hissəyə ötürülməsini təmin edir.

  1. Ekspert sistemlərinin təsnifatı.

Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin