İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir.
Komissiyanın sədri: prof.R.S.Məmmədov
Komissiyanın üzvləri: prof.A.H.Hüseynov
dos.Ş.R.Rəhimov
dos. Ş.M.Cəfərova
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №8
İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
1. İnternetin tipik informasiya obyektləri və resursları. WWW texnologiyasının əsas aspektləri. . İnternet tətbiqlərinin proqramlaşdırılması dilləri və vasitələri. HTML hipermətn nişanlama dili.
2. İdarəetmədə qərar anlayışı, təsnifatı.
«Idarəetmə» dedikdə təşkilatı, plan, uçot, analiz, nəzarət, stimullaşdırma kimi funksiyaların reallaşdırılması şəraitində qarşıya qoyulan məqsədin təmin edilməsi başa düşülür.
Son illər idarəetmə sahəsində «qərar qəbuletmə» anlayışından və onunla əlaqəli qərar qəbuletmə sistemləri, metodları və vasitələri anlayışlarından çox istifadə olunur.
Qarar qəbuletmə situasiyanın analizinə, məqsədin təyin edilməsinə və bu məqsədə nail olma proqramına əsaslanaraq idarə olunan obyektə məqsədyönlü təsiretmə aktıdır.
İstənilən təşkilatın idarəetmə strukturu 3 səviyyədən ibarət olur: operativ, funkisonal və strateji.
İdarəetmə səviyyəsi (idarəetmə fəaliyyətinin növü) həll olunan məsələlərin mürəkkəbliyi ilə təyin olunur. Məsələ mürəkkəbləşdikçə onun həll ücün idarəetmə səviyyəsi də yüksək olmalıdır. Həlli dərhal (operativ) tələb olunan sadə məsələlər daha cox yaranır, odur ki, onlar ücün idarəetmə səviyyəsi daha aşağı olmalıdır. Bu səviyyədə operativ qərarlar qəbul edilir. İdarəetmədə həmcinin qəbuledilən qərarların reallaşdırılma dinamikası nəzərə alınmalıdır. Bu da idarəetməyə vaxt amili nöqteyi-nəzərindən baxmağı tələb edir.
Şəkil 1.7.-də səlahiyyətlərin, məsuliyyətin, məsələlərin mürəkkəbliyinin artma dərəçəsi və qərarların qəbuletmə dinamikası ilə uyğunlaşdırılan
İdarəetmənin səviyyələri
Şəkil 1.2. Üç səviyyəli idarəetmə strukturu
səviyyəli idarəetmə strukturu əks etdirilmişdir.
İdarəetmənin operativ səviyyəsi dəfələrlə təkrarlanan məsələlərin və əməliyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir. Bu səviyyədə həm yerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur. Situasiyanın dəyişməsinə cəld reaksiya verilməsi tələb olunduğundan, idarəetmənin bu səviyyəsi operativ adlanır. Operativ idarəetmə səviyyəsində həll olunan məsələlərin böyük hissəsini uçot və nəzarət məsələləri təşkil edirlər. Məsələn, istehsal olunan və satılan məhsulun uçotu, xammalın və materialların sərfinin uçotu, mühasibat uçotu, məhsulun keyfiyyətinə nəzarat və s.
Dostları ilə paylaş: |