Praktiki tətbiq edilmə - elmin ətraf gerçəkliyin inikası faktına əsaslanır. Deməli, hətta ən mücərrəd riyaziyyat, və yaxud məntiqi nəzəriyyələr doğru olduğu halda təcrübədə tətbiqini tapa bilər. Orta əsrlər sxolastik mübahisələrində olduğu kimi nəzəriyyənin tam təcrid olunması elmlik ideallarına adekvat deyil. Praktiki tətbiq edilmə prinsipi nəzəriyyəni təkcə faydalılıq çərçivəsində saxlamır. Bu prinsip nəzəriyyənin yalnız hal-hazırda tətbiqini deyil, ümumiyyətlə nə vaxtsa praktikada tətbiq olunacağını nəzərdə tutur.