Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə145/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   141   142   143   144   145   146   147   148   ...   187
fəlsəfə mühazirələr.doc 2

Mövzu №13. Elmin fəlsəfəsi.

1. Elm nədir? Elmin sosial funksiyaları.

2. Elmi idrakın meyarları.

3. Elmi idrakın səviyyələri.

4. Elmi idrakın metodları.

A) İdrakın ümumməntiqi metodları.

B) Empirik tədqiqatın elmi metodları.

C) Nəzəri tədqiqatın elmi metodları.

5. Dünyanın elmi mənzərəsi.

1. Elm nədir? Elmin sosial funksiyaları.

İctimai şüurun din, incəsənət, fəlsəfə və s. kimi formalarında gerçəkliyin rasional dərki köməkçi, ikinci dərəcəli məqsəddirsə, elmdə dünyanın dərkinin rasional meyarı mərkəzi yer tutur. Elm - insanın obyektiv gerçəkliyin dərkinə və dəyişdirilməsinə istiqamətlənmiş fəaliyyət formasıdır. O, elə bir mənəvi istehsaldır ki, bu istehsalın nəticəsi məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktlar, məntiqi cəhətdən yoxlanmış fərziyyələr, ümumiləşdirici nəzəriyyələr, fundamental və xüsusi qanunlardır. Deməli elm -həm biliklər sistemi, həm onların mənəvi istehsalı və onların əsasında əməli fəaliyyətdir.

Elmin mahiyyətinin aydınlaşdırılması üçün onun sosial funksiyalarını aşkarlamaq zəruridir. İlk növbədə qeyd edək ki, elmin sosial funksiyaları birdəfəlik, fərqli tarixi dövrlər üçün eyni qaydada müəyyənləşdirilmir. Əksinə, onlar elə elmin özü kimi tarixən dəyişir və inkişaf edir. Bundan əlavə, elmin sosial funksiyalarının inkişafı elmin öz inkişafının mühüm tərəfini əks etdirir.

Müasir elm insan və cəmiyyətin fəaliyyətinin müxtəlif sferaları ilə mürəkkəb qarşılıqlı əlaqədədir. Bu qarşılıqlı əlaqələrin ətraflı təhlili elmin əsas funksiyalarını aşağıdakı kimi müəyyənləşdirməyə imkan verir:




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin