İnduksiya və deduksiya. Elmi idrakın bu iki, cüt metodları elmi idrakın ümumməntiqi metodları içərisində xüsusi yer tutur. Qeyd edək ki, bu iki metod Yeni dövrdə klassik elmin qərarlaşdığı dövrdə əsas metodlar olmuşlar. Onlardan birincisi empirizmin, ikincisi isə rasionalizmin əsas metodu kimi çıxış etmişdir. İnduksiya – tədqiqatın elə bir metodu və mühakimə üsuludur ki, onun vasitəsilə yeni bilik xüsusi, ayrı-ayrı müddəalara əsaslanmaqla əldə edilir. Başqa sözlə desək, induksiya xüsusi biliklərdən ümumi biliyə keçilməsini təmin edir. Məsələn,
Dəmir, gümüş, qalay, qızıl elektrik keçiriciləridir;
Dəmir, gümüş, qalay, qızıl metallardır;
Bütün metallar elektrik keçiriciləridir.
Dostları ilə paylaş: |