Deduksiya tədqiqatın elə bir metodu və mühakimə üsuludur ki, onun vasitəsilə ümumi müddəalardan zəruri olaraq xüsusi səciyyəli bilik əldə edilir.Başqa sözlə desək, deduksiya ümumi bilikdən xüsusi biliyə keçilməsini təmin edir. Məsələn,
Analogiya – idrakın elə bir üsuludur ki, onun vasitəsilə müxtəlif obyektlərin bir əlamətinin oxşarlığına əsaslanmaqla onların digər əlamətlərinin oxşarlığı nəticəsi çıxarılır. Məsələn, işığın təbiətinin öyrənilməsi zamanı difraksiya və interferensiya hadisələri müşahidə olunmuşdur. Bu xassələrin əvvəllər səsin təbiətinin öyrənilməsi zamanı ona da aid olması və bunun səsin dalğavarı təbiətindən irəli gəlməsi müəyyən edilmişdi. Məhz buna əsaslanan, yəni analogiya metodunu əsas götürən X.Hügens işığın dalğavarı təbiətə malik olmasını söyləmişdir.
Modelləşdirmə – tədqiqat obyektinin (orijinalın), idrakı maraqlandıran müəyyən cəhətlərini əvəzləyən surətinin (modelinin) yaradılması və tədqiqi vasitəsilə öyrənilməsi metodudur. Modelləşdirmədən istifadə edilməsi əsasən iki cəhətdən zərurətə çevrilir: birincisi, tədqiq olunan obyektin birbaşa öyrənilməsi qeyri-mümkün olduqda; ikincisi, orijinalın tədqiqinin birbaşa tədqiqinin iqtisadi cəhətdən əlverişsiz olduqda.