Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə26/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   22   23   24   25   26   27   28   29   ...   187
fəlsəfə mühazirələr.doc 2

b) Caynizm. Caynizm fəlsəfəsinin ardıclıları belə hesab edirlər ki, bu təlim ən qədim dövrlərdə yaranmış və iyirmi dörd müəllimin (tirthankara) ardıcıl fəaliyyəti nəticəsində formalaşmışdır. İlk müəllim Rişabhadeva, sonuncu müəllim isə m.ö. VI əsrdə yaşamış Vardhamana (ona həm də “böyük qəhrəman” -Mahavira da deyirlər). Caynizm termini “qalib” anlamı verən “cina” sözündən götürülüb. Bu təlim tərəfdarlarının fikrinə görə onların iyirmi dörd müəlliminin hamısı bütün ehtiraslara qalib gələrək azadlıq məqamına çatmışlar.

Caynizm təlimi də əsasən idrak nəzəriyyəsi, varlıq və əxlaq təlimlərindən ibarətdir.

Caynizm idrak nəzəriyyəsi qavrayışı biliyin yeganə səhih mənbəyi sayan çarvak-lokayata təlimini qəbul etmir. Bu təlim tərəfdarlarının fikrincə qavrayışdan əlavə məntiqi nəticə və şəhadət də biliyin səhih mənbəyi ola bilər. Əgər məntiqi nəticələr müəyyən məntiqi qanunlara tabedirsə, bu halda onların vasitəsilə səhih bilik əldə etmək mümkündür.

Şəhadət isə o zaman səhih olur ki, o özündə etibarlı avtoritetdən qalmış məlumatı əks etdirsin. Caynist sistemində belə avtoritetlər “cinalar”, və yaxud tirthankaralardır.

Caynistlər idrakın yuxarıda adı çəkilmiş üç mənbəyinə əsaslanaraq kainatın quruluşu haqqında təlim yaradırlar. Qavrayış od, su, hava və torpaq kimi ünsürlərdən ibarət maddi substansiyaları bizə aşkar edir. Nəticə isə məkan (yəni, maddi substansiya harada isə mövcud olmalıdır) və zamanın (çünki dəyişiklik, yəni substansiyaların müxtəlif hallar sırası onsuz anlaşılmır) mövcudluğu inamını yaradır. Eyni zamanda hərəkət və sükunətin “dharma” və “adharma” kimi səbəbləri də var.

Caynistlərə görə təkcə heyvanlar yox, həm də bitkilər, hətta tozcuqlar da cana malikdir. Lakin müxtəlif canlılar heç də bərabər şüura malik deyillər. Onlardan bəziləri, məsələn bitki və yaxud tozcuğun canı yalnız toxunma hissinə malikdirlər. İbtidai canlı orqanizmlər iki, nisbətən inkişaf etmişləri üç, bəziləri isə dörd hissə malikdir. İnsan isə beş hissə malik olaraq, onların köməyi ilə dərk edirlər. Lakin hisslərin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, bədəndə yaşayan can idrak imkanlarına görə məhduddur. Onların gücü də məhdud olub hər bir iztiraba məruz qalırlar.

Bununla belə hər bir can şüurluluq, güc və xoşbəxtlik əldə etməyə qadirdir. Buna isə əsasən canın arzu və ehtiras qüvvəsi, yəni karma mane olur. Karmanın dəf edilməsi ilə can azad ola və təbii kamilliyə yetişə bilər.

Canın azad olunmasına artıq azadlığa yetişmiş müqəddəslərin (tirthankaraların) təlimi və həyatı nümunə ola bilər. Azad olmaq üçün isə üç şey zəruridir: caynizm təliminə mütləq inam, bu təlimi dəqiq bilmək, düzgün davranış. Düzgün davranış isə ədalətsizlikdən, yalan danışmaqdan, oğurluqdan, hisslikdən və hissi obyektlərdən imtinadan ibarətdir. Özümüzdə düzgün inam, düzgün bilik və düzgün davranış aşılandıqdan sonra biz ehtiraslarımıza nəzarət imkanı əldə edirik və materiya bağları ilə canı buxovlayan karmanı kənarlaşdırırıq. Maneələr aradan qaldırıldıqdan sonra can yenidən təbii kamillik: hüdudsuz inam, hüdudsuz bilik, hüdudsuz güc və hüdudsuz bəxtiyarlıq əldə edir. Bu isə elə azadlıq halıdır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin