Etika mədəniyyəti - insanın özündə daxili vərdişləri tərbiyə etməsidir. Məsələn, təmizlənmə, razılıq, asketizm, vedaları öyrənmə və Tanrı haqqında düşünmə.
Vəziyyət - dayanıqlı və rahat vəziyyətin hazırlanmasıdır.
Nəfəsə nəzarət - nəfəs prosesinin tənzimlənməsidir
Hisslərin uzaqlaşdırılması - hisslər üzərində nəzarət olub hissləri obyektlərdən kənarlaşdırır.
Diqqət - bu kateqoriya diqqətin orqandaxili və ya orqanxarici obyektlərdə toparlanmasını bildirir, məsələn burunun ucunda, ayda və s.
Canlı seyr - obyekt haqqında sarsılmaz və fasiləsiz olaraq düşünməkdir.
Toparlanma - elə bir haldır ki, bu zaman canlı seyr edən şüur canlı seyr olunan obyektdə itir və öz-özünü anlamasına son qoyur.