Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə19/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   15   16   17   18   19   20   21   22   ...   187
fəlsəfə mühazirələr.doc 2

b) Vayşeşika. Vayşeşika fəlsəfi sistemi müdrik Kanada (əsl adı Ulukadır) tərəfindən, təq. m.ö. V əsrdə yaradılıb (vayşeşika hərfən xarakterik olan, xas olan, xüsusi olan mənasını verir). O Kanada ləqəbini asketik (zahidlik) həyat tərzi keçirdiyi və adətən biçilmiş, əkin sahəsində topladığı qarğıdalı toxumları ilə qidalandığı üçün alıb.

Vayşeşika təlimi nyaya sisteminə yaxın olub, onun da son məqsədi fərdi mənin azad olmasıdır. Bu təlim idrakın bütün obyektlərini, bütün dünyanı yeddi kateqoriyaya bölür: substansiya, keyfiyyət, fəaliyyət, ümumilik, xüsusilik, xasolma və heçlik.



Substansiya keyfiyyət və fəaliyyətin substratıolub onların hər ikisindən fərqlənir. Substansiyanın doqquz növü var; torpaq, su, od, hava, efir, zaman, məkan, can və ağıl.

Keyfiyyət substansiyada mövcud olub, öz-özlüyündə nə məxsusi keyfiyyətə, nə də aktivliyə malikdir. Əgər substansiya öz-özlüyündə mövcud ola bilərsə, keyfiyyət substansiyadan kənarda mövcud ola bilməz. Keyfiyyətin iyirmi dörd növü mövcuddur: rəng, dad, qoxu, səs, həzz, iztirab və s.

Fəaliyyət hərəkətdir, keyfiyyət kimi o da yalnız substansiyalara xasdır. Hərəkətin beş növü mövcuddur: qalxma, enmə, sıxılma, genişlənmə və gəzişmə.

Ümumilik. Bütün atlar hansısa ümumi təbiətə malikdirlər və onlar bir sinifdə qruplaşdırılırlar. Bu “atlılıq”adlandırılır və ümumiliyi bildirir. “Atlılıq” nə hansısa atın doğuluşu ilə yaranır, nə də ki, hansısa birinin ölməsi ilə məhv olur, o əbədidir. Beləliklə ümumilik verilmiş sinfə daxil olan fərdlərin hamısı üçün ümumi olan əbədi mahiyyətdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin