Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Mövzu №4. Orta əsrlər Qərb fəlsəfəsi və İntibah



Yüklə 0,99 Mb.
səhifə53/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   49   50   51   52   53   54   55   56   ...   187
fəlsəfə mühazirələr.doc 2

Mövzu №4. Orta əsrlər Qərb fəlsəfəsi və İntibah.

1. Orta əsrlər Qərb fəlsəfəsi.

a) Patristika: Tertullian, Origen, Müqəddəs Avqustin

b) Sxolastika: Foma Akvinalı

c) Universalilər problemi: realizm və nominalizm

2. İntibah fəlsəfəsi

1. IV-V əsrlərdən başlayaraq Avropada, onun siyasi, iqtisadi və mənəvi simasını dəyişəcək qlobal hadisələr baş verir. Əvvəlcə Qərbi və Şərqi olmaqla Roma imperiyası iki yerə parçalanır. Sonra isə Şimal tayfalarının aramsız hücumlarına tab gətirməyən Qərbi Roma imperiyası süqut edir. Şərqdə isə Bizans imperiyası yaranır. Roma imperiyasının süqut etdiyi dövrdən – 476-cı ildən Avropada sonralar “Orta əsrlər” adlandırılmış və təqribən min il davam etmiş dövr başlayır.

Orta əsrlər Qərb fəlsəfəsinin ideya və prinsipləri öz inkişafında iki mərhələdən (və ya 4: 1. Patristika. 2. Sxolastika. 3. Apolegetika. 4. Ehkamçılıq) keçmişdir. Patristika adlandırılan birinci mərhələ II-VIII əsrləri əhatə edir və “kilsə atalarının” - dini ehkamların fəlsəfi əsaslandırmasını gerçəkləşdirmiş ilk xristian mütəfəkkirlərinin təlimlərini əks etdirir. Patristika daha çox Platon ideyalarından yararlanıb. Sxolastika isə VIII əsrdən başlamış və orta əsrlərin sonuna qədər davam etmişdir. Bu fəlsəfəçilk tipi formalizm və ehkamçılıqla səciyyələnir. Sxolastika daha çox Aristotelin məntiq və fəlsəfi ideyalarına əsaslanır.

Patristika. Xristianlığın yarandığı ilk dövrlərdə, Kilsənin mərkəzləşmədiyi dövrlərdə xristian ehkamlarının təfsiri fikir ayrılıqları ilə müşayiət olunur. Əsas mövzusu – Allahın mahiyyəti, İusus Xristosun Allah-İnsan təbiəti, cəmiyyət həyatında kilsənin rolu, elmi biliklə imanın qarşılıqlı münasibəti olur. Xristian teologiyasının təməl prinsiplərinin hazırlanmasında bir sıra mütəfəkkirin böyük rolu olur. Onların əsərləri sonralar bütün xristian təliminin dini-fəlsəfi əsasları kimi qəbul olunur. Bu mütəfəkkirlər “kilsə ataları”, əsərləri isə, “patristika” (lat. pater - ata) adlandırılır. Patristikanın ilk mövcudluq illərində əsas müzakirə predmeti elmin, ilk növbədə fəlsəfənin xristian təlimi ilə qarşılıqlı münasibətidir. Bu problemin həllində Tertullian, Origen və Müqəddəs Avreliy Avqustin kimi mütəfəkkirlər böyük rol oynamışlar.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin