2) Ortodoksal fəlsəfi sistemlər.
a) Nyaya. Nyaya fəlsəfi sisteminin banisi böyük müdrik Hotoma hesab olunur. Bu təlimin tədqiq etdiyi əsas məsələ idrak problemləridir. “Nyaya” sözü hərfən qayda, metod, nəticə ümumiyyətlə məntiq mənası verir. Lakin məntiq məsələləri bu fəlsəfi sistemin yeganə və son məqsədi deyil. Əslində idrak problemlərinin öyrənilməsi vasitədir. Əsas məqsəd isə insanın hər bir əzab və iztirabdan mütləq qurtuluşu, yəni azadlığa yetişməsidir.
Nyaya fəlsəfi sisteminin idrak nəzəriyyəsinə görə həqiqi idrakın dörd müstəqil mənbəyi var: qavrayış, nəticə və yaxud sonuc, müqayisə, şəhadət və yaxud sübut.
Qavrayış – obyektlərin bizim hiss üzvlərimizlə birbaşa əlaqəsi nəticəsində dərk olunmasıdır. Əgər dərketmə görmə, və yaxud eşitmə kimi hiss üzvləri vasitəsilə gerçəkləşirsə zahiri, ağıl vasitəsilə gerçəkləşirsə daxili səciyyə daşıyır.
Dostları ilə paylaş: |