C.Berkli. İngilis empirik fəlsəfəsinin daha bir görkəmli nümayəndəsi Corc Berkli (1685-1753) olmuşdur. O, həm də subyektiv idealizm mövqeyini tutmuşdur. Subyektiv idealizmə görə yeganə gerçəkli ideyalardır. Bu ideyalar yalnız insan şüurunda mövcuddur, yəni insan yeganə real gerçəklik olub ondan kənarda heç nə mövcud deyil.
C.Berkliyə görə materiya anlayışı yanlışdır. Ayrıca şeylər, ayrıca duyğular mövcuddur, amma, materiya yoxdur. Materializm tam yanlış cərəyandır, materialistlər materiya adlandırdıqları şeylərin birinciliyini sübut edə bilməzlər. Əksinə, idealistlər ideyanın birinciliyini asanlıqla sübut edirlər. Belə ki, insan hər hansı bir əşyanı istehsal etməmişdən öncə həmin əşyanın ideyası insan ağlında mövcud olur. Eyni zamanda bütün dünya onun yaradıcısı olan Allahın şüurunda öncədən mövcuddur.
Dostları ilə paylaş: |