fəaliyyətini «xeyir fıkir, xeyir söz və xeyir iş"in vəhdəti əsasında qurmalıdır. Deməli,
o, yaxşı, xeyirxah fikirləşməli, həmişə yaxşı, xeyrli danışmalı və faydalı, gözəl işlər
görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştliyin əxlagi, saflaşdırıcı
prinsipləridir. Zərdüştə görə insan həmişə mülayim, adil, xeyirxah olmalıdır. O,
qəddar paxıl, yalançı olmamalıdır. Zərdüşütlikdə yalançı ilə düşmən, şər eyni
mənalı anlayışlar kimi işlədilir.
8.«Avesta»n
ın
cəmiyyətə, dövtət idarəçiliyinə baxışlarında qəbilə
-tayfa
münasibətlərinin demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da,
«Avesta»n
ın
sonrakı tərtibatlarında monarxiya üsul
-
idarəsi başlıca dövlət
idarəçiliyi forması elan olunmuşdur. Hakimiyyətin, əmlakın, şan
-
şöhrətin insana
Allahdan yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: «Mən o şəxsəm ki
pak bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura
-
Məzdanın
(Hürmüzün
) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc
və dözümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm», «Doğruluq atası
Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl
ugrunda istər dildəki danışıq və pak xeyal ilə bağlı sözlərlə, istərsə də qolların
görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən»,
«Aləmi
-
təsəvvürdə ilk özünü göstərən o iki ekiz cövhərin birisi: düşüncədə, danışıq
və dolanışıqda yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və
dolanışıqda). Bu ikilikdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə» və i.a.
Daha sonrakı dövrlərdə (e.ə. VII
-
VI əsrlər) zərdüştilikdə xeyir allahı Hürmüzə
(Ahura-
Məzdaya) pərəstişə əsaslanan
Dostları ilə paylaş: