şey yoxdur".
Filosofun fikrincə, "eyni bir çaya iki dəfə girmək olmaz". O,
təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz əksliyinə keçməsi kimi başa düşürdü.
Əksliklər biri digərindən ayrılıqda mövcud olmur. Məsələn, hissə bütövsüz, düz
əyrisiz, qara ağsız, soyuq istisiz, böyük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz,
mövcud ola bilməz. Hər cür inkişaf əksliklərin mübarizəsi vasitəsi ilə baş verir.
Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr
yürütmüşdür. Onun fikrincə,
dünya dərk olunandır
. Dünyanın dərk olunması hiss
üzvlərinin və təfəkkürün vasitəsilə həyata keçirilir.
Heraklit qeyd edirdi ki, idrak
hissi qavrayışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında mə'lumat
verir. O, ilrakda təfəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -
təbiət ən ümumi qanunauyğunluğu kimi insanın təfəkkür fəaliyyətilə həyata
keçirilir
. O yazırdı: "Təfəkkür böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir
ki, həqiqəti söyləyəsən və təbiətə qulaq asaraq, onunla düzgün rəftar edəsən".
Heraklitin fikrincə, idrakda əsas məqsəd "Loqosu" dərk etməkdir. Loqos obyektiv
xarakterə malikdir. Bunlarla birlikdə Heraklit dialektikasının və materializminin
bir sıra məhdud cəhətləri lə var idi. Onun dialektikası kortəbii, materializmi isə
sadəlövh xarakter daşıyırdı.
Dostları ilə paylaş: