FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Eley məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Eley məktəbi



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə27/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   23   24   25   26   27   28   29   30   ...   132
Fəlsəfə mühazirə

Eley məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Eley məktəbi
. Bu 
məktəb e.ə.VI-V əsrlərdə fəaliyyət göstərmişdir. Onun yaranması və inkişafı 
Ksenofan Kolofonlu, Parmenid Eleyli və Zenon Eleylinin
adı ilə bağlıdır. Eley 
məktəbi nümayəndələrinə görə 
varlıq anlayışının
məzmununa üç xüsusiyyət 
daxildir: a) 
varlıq mövcuddur, vardır, qeyri-varlıq, yoxluq ısə mövcud 
deyildir, yoxdur; b) varlıq vahiddir, bölünməzdir, təkdir; v) varlıq 
dərkolunandır
, qeyri-varlıq, yoxluq
 
isə dərkolunmazdır, o zəka üçün yoxdur
çünki o, mövcud deyildir. 
Ksenofan Kolofonlunun
(e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini 
"Kolofonun əsasları", "Eləyə çıxış" adlı əsərlərində tapmışdır. Onun 
təlimi 
dünyanın meydana gəlməsi və inkişafı 
məsələlərinə həsr olunmuşdur. Bununla 
birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun rolunu 
xüsusi vurğulayırdı. Ksenofanın fikrincə
vahid Allah hər şeyi görür, hər şeyi 
başa düşür və hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz 
fıkri ilə bütün dünyanı lərzəyə gətirir. Allah dedikdə, Ksenofan səmanı 
nəzərdə tuturdu
. O, deyirdi ki, "Allah mahiyyətcə şarabənzərdir". O, dünyanın 
maddiliyini qəbul edir, onun dəyişməz olduğunu sübüt etməyə çalışırdı. Dəyişmə 
və hərəkəti meydana gəlmə və məhv olma kimi başa düşürdü. 
Ksenofan fikirlərinin materialist istiqaməti aşağıdakı tezislərdə özünü açıq-
aydın göstərir: 
"Hər şey torpaqdan yaranır, hər şey son nəticədə torpağa 


çevrilir, torpağa qayıdır". O, insanın mənşəyini belə izah, edirdi: "Biz 
hamımız torpaqdan, sudan doğulmuşuq". 
Eley məktəbinin digər nümayəndəsi 
Farmenid idi. 
Parmenid 
(e.ə. 540-470) Anaksimandr və Ksenofanın tələbəsi olmuşdur. 
Fəlsəfi baxışları ilə daha çox Ksenofana yaxındır. Parmenid fəlsəfi düşüncülərini 
“Təbiət haqqında” əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq 
haqqında təlim təşkil edir. Parmenid iqrar edirdi ki, 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin