formalaşmışdır. Kainat hadisələrini tabii-elmi yolla izah etdiyi, dini baxışlara qarşı
çıxdığı üçün Anaksaqor allahsızhqda günahlandırılaraq ölüm cəzasına
məhkum
edilmişdi. O, Afina quldarlıq demokratiyasının başçısı Periklin dostu və silahdaşı
idi. Dostunun xahişi ilə Anaksaqoru ölüm cəzasmdan azad etdilər. Anaksaqor
fəlsəfi fikirlərini "Təbiət haqqında" adlı kitabında vermişdir. Sadalövh materialist
olan Anaksaqoru düşündürən əsas problem materiyanın quruluşu məsələsi idi. O
belə
hesab edirdi ki, dünyadakı bütün şeylərin əsasını sonsuz miqdarda mövcud
olan maddi hissəciklər təşkil edir. Anaksaqor keyfiyyətcə bir-birindən
fərqlənən bu
hissəcikləri "şeylərin toxumu" - "qomeomeriya" adlandırırdı. Onun fikrincə, yeni
ona görə meydana gəlir ki, bütün predmetlərdə şeylərin toxumu vardır. Bu
toxumun tə"siri ilə predmətlərin biri digərindən ayrılır. Bütün bunlar özünü ya bir
şeyin meydana gəlməsində və yaxud da onun məhv olmasında göstərir. Dünyanın
maddi əsası olan şeylərin toxumunu, Anaksaqor hərəkətsiz, ətalət qüvvəsinə malik
bir şey hesab edirdi.
Anaksaqorun fikrincə, onları hərəkətə gətirən "nus"dur. O,
"nus"u maddi şeyləri nizamlayan "mə"nəvi"-ruhi varlıq kimi başa düşürdü.
Dostları ilə paylaş: