edirdilər. Onlar belə hesab edirdilər ki, bu başlanğıcların birləşməsindən ayrı-ayrı
cisimlər, şeylər yaranır. Onların fəlsəfəsi panteist mahiyyət kəsb edirdi,
idrak
nəzəriyyəsində sensualist idilər, lakin əqlin rolunu da tam inkar etmirdilər.
IV əsrin axınnda yunan fəlsəfəsində
skeptisizm
cərəyanı formalaşır. Onun
əsasını Pirron qoymuşdur. Skeptiklər idarkın həqiqətliyini şübhə altına alırdılar.
E.ə. II əsrin əvvəlindən Yunan fəlsəfəsi süquta uğrayır.
Belə bir şəraitdə
eklektisizm
təlimi meydana gəlir. Onun nümayəndələrindən Filonun (e.ə. 20-e.
50), Antioxun (e.ə. I və e. II əsrləri) adlarını çəkmək olar. Eklektiklər müxtəlif
fəlsəfi sistemlərdən, bir-birilə üzvi surətdə bağlı olmayan fəlsəfi fikirləri mexaniki
surətdə birləşdirib özünəməxsus bir tə"lim yaratmışdılar.
B. Roma dövrü fəlsəfəsi.
Qədim Romada, hələ vaxtı ilə Yunamstanda
formalaşmış 4 fəlsəfi məktəb fəaliyyət göstərirdi:
1) stoisizm, 2) epiküreizm, 3)
skeptisizm, 4) neoplatonizm
. Roma stoisizminin
görkəmli nümayəndələri
Seneka, Epiktet və Mark Avreli idi
.
Seneka
(e.ə. IV əsr) köhnə stoiklərin fıkrlərini davam etdirmiş,
ruhu odla
havanın birləşməsi hesab etmiş, antik sensualizmin tərəfdarı olmuşdur. Onun
fıkrincə, əql öz başlanğıcını hisslərdən götürür,
həyatda hər şey ciddi
qanunauyğunluğa tabedir. Onun fəlsəfəsində əsas yeri etika problemləri tuturdu. O,
təbiətlə razılaşmaq, taleyin hökmünə tabe olmaq prinsipinə xüsusi əhəmiyyət
verirdi. Seneka həyatın mə"nasını mütləq mə"nəvi sakitliyə nail olmaqda görürdü.
Dostları ilə paylaş: