FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə39/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   35   36   37   38   39   40   41   42   ...   132
Fəlsəfə mühazirə

Mark Avreli Antoni
(121-180) Roma imperatoru, idealist idi. Özünü dünya 
iradəsinə (Allah) tabe etməyin zəruriliyi haqqında Avrelinin fikri, onun idealizm 
mövqelərindən çıxış etdiyini göstərir. Onun fikrincə, "insan fəaliyyətinin əsas 
məqsədi xeyir-xahlığa nail olmaqdan ibarətdir, insanın xeyirxah olub olmadığını 
bilmək üçün onun daxilinə nüfuz etmək lazımdır". 
Romada fəaliyyət göstərən fəlsəfi tə"limlərdən biri də epiküreizm idi. 
Epiküreizm Roma respublikasınm son illərində və imperator üsul-idarəsinin 
başlanğıcında geniş yayılmış vahid materialist təlim idi. 
Tit Lukretsi Kar 
(e.ə. 95-55) epikürçülüyün ən görkəmli nümayəndəsi idi. 
Lukretsi fəlsəfə tarixində "Şeylərin təbiəti haqqında" adlı əsəri ilə məşhurdur. Bu, 
şerlə yazılmış fəlsəfi əsərdir. Lukretsi bu poemada bədii dillə özünün 
materializmini əsaslandırmış, Epikürün atomist tə"limini davam etdirib, onu daha 
da zənginləşdirmişdir. Lukretsi atomistlərin xəttinə sadiq qalaraq dünyanın 
maddiliyini, materiyanın yaradılmaz və məhvedilməzliyini təsdiq etmişdir. O 


göstərmişdir ki, dünya atomlardan və boşluqdan ibarətdir. Atomlar keyfiyyətə 
malik deyillər, onlar yalnız böyüklüyünə, formasına və ağırlığına görə bir-birindən 
fərqlənirlər. Boşluğun çəkisi yoxdur, onun nüfuz etmək xassəsi vardır. Lukretsiyə 
görə, əgər təbiətdə boşluq olmasa idi, atomlar hərəkət edə bilməzdi və müxtəlif 
şeylər yarana bilməzdi. Başqa atomistlər kimi Lukretsi də hərəkəti atomların 
məkan daxilində sadəcə yerdəyişməsi kimi başa düşürdü. O, hərəkət əsnasında 
atomların özbaşına düz xətdən kənara meyl etmək qabiliyyəti haqqında Epikürim 
ideyasını daha da inkişaf etdirmişdi. Lukretsi təsir göstərmək xassəsinə malik olan 
atomlardan ibarət cismani nə varsa, hamısını maddi adlandırmışdır. Lukretsiya
görə, bütün şeylərin müxtəlifliyi onları təşkil edən atomların necə və hansı 
vəziyyətdə birləşməsindən və hərəkət etməsindən asılıdır. Müxtəlif formalarda 
olan atomların birləşməsindən müəyyən
rəng, qoxu, dad və s. keyfiyyətlər yaranır. 
Demokritdən fərqli olaraq Lukretsi onları obyektiv keyfiyyətlər hesab edirdi. 
Lukretsiyə görə, dünya daim yeniləşir, təbiət bir yerdə dayanmayıb inkişaf edir; 
ayrı-ayrı cisimlər, şeylər meydana gəlir və yox olur, materiya isə məhv olmur, 
materiyadan heç bir şey nə ayrıla bilər, nə də
 
əlavə oluna bilər. Lukretsi bununla 
materiyanın saxlanmasını, itməməsini zənn etmişdir. O belə hesab edirdi ki, məkan 
və zaman obyektiv olaraq mövcuddurlar və şeylərlə qırılmaz surətdə bağlıdırlar. 
Məkan atomların, şeylərin tutduğu yerdir. Kainat sonsuzdur və onun heç bir 
istiqamətdə hüdudu yoxdur. Lukretsinin fikrincə, zaman atomların özünə deyil, 
onların təşkil etdiyi şeylərə, təbiət hadisələrinə xasdır. Lukretsiya görə, ruh 
bədəndən ayrılmazdır; bədən ruhsuz hiss edə bilməz, ruh da bədənsiz heç bir 
fəaliyyət göstərə bilməz. Bədənin ölməsi ilə birlikdə ruh da ölür. Lakin Lukretsidə 
də ruhun, şüurun materiya ilə eyniləşdirilməsini görürük. 
Lukretsi "Şeylərin təbiəti haqqında" əsərində atomist materializmin idrak 
nəzəriyyəsini daha da təkmilləşdirmişdir. Onun fıkrincə, idrakın məqsədi şeylərin 
təbiətini aşkara çıxarmaqdan və insanları mövhumat buxovlarından, dünya 
haqqında dini təsəvvürlərdən xilas etməkdən ibarətdir. Xarici aləmi insan 
biliklərinin mənbəyi hesab edən Lukretsi Demokritin və Epikürün ardınca idrak 
prosesinin sadəlövh - materialist mənzərəsini belə təsvir etmişdir: İnsanı əhatə 
edən mühitdə şeylərin səthindən havaya şeylərin özünə oxşar zərif surətlər, 
obrazlar uçurlar. Bu obrazlar hiss üzvlərinə təsir edib insanda görmə, eşitmə, 
dadbilmə duyğuları yaradırlar. Lukretsi iqrar edirdi ki, duyğu bizə şeylər haqqında 
doğru məlumatlar verərək idrakımızın əsasını təşkil edir və həqiqət haqqında 
anlayışlar yaradır. Hiss üzvlərinin verdiyi mə'lumatlara əsasən zəka fəaliyyət 
göstərir və müşahidə olunan şeylərin və hadisələrin həqiqi xarakterini müəyyən 
edir. Əgər duyğuların verdiyi məlumatlar doğru olmasa, onda zəkanın çıxartdığı 


nəticələr də yanlış olar. Bu isə insanın, onu əhatə edən mühitə uyğunlaşmasını və 
yaşamasını çətinləşdirər. 
Antik Romanın mühum fəlsəfi təlimlərindən biri də: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin