FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Nəsrəddin Məhəmməd oğlu Tusinin dünyagörüşü



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə47/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   43   44   45   46   47   48   49   50   ...   132
Fəlsəfə mühazirə

Nəsrəddin Məhəmməd oğlu Tusinin dünyagörüşü
(1201-1274) Orta əsr 
Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi ad-san 
qazanmışdır. İbn Yusif, Şəmsəddin Xosrov, Şahi Təbrizi (1184-1252) və 
başqalarından mükəmməl təhsil almış Nəsrəddin Tusi riyaziyyata, astronomiyaya, 


optikaya, mineralogiyaya və digər elmlərə dair dəyərli əsərlərlə yanaşı məntiqə, 
fəlsəfəyə, etikaya dair də orijinal traktatlar yazmışdır. İbn Əl-İbri Nəsrəddin Tusini 
"Marağada rəsədxana sahibi, bütün fəlsəfi elmlərdə şə'ni olan böyük filosof" kimi 
təqdim edərək yazır: Onun məntiqə, təbiətə, metafizikaya, evklid həndəsəsinə aid 
çoxlu əsərləri vardır, farsca "Etika" kitabı son dərəcə yaxşıdır". 
Nəsrəddin Tusinin yaradıcılığında "Etika", "Mövcudatın bölküsü və onun 
cisimləri" və s. fəlsəfi əsərlər mühüm yer tutur. İbn Sinanın “İşarələr və qeydlər" 
kitabına yazılmış şərh xüsusilə qiymətlidir. Filosof ağır şəraitdə Ələmut qalasında 
bir növ həbsdə olarkən onun üzərində işlədiyini qeyd edir. Burada İbn Sinanın 
mütərəqqi fəlsəfi fikirləri ortodoksal islam ideoloqlarının 
hücumlarından nəzakətlə qorunur, inkişaf etdirilir. Varlıq tə'limi, idrak nəzəriyyəsi 
və məntiq Nəsrəddin Tusinin fəlsəfi sistemində bir-birilə üzvi surətdə bağlıdır. 
Onun varlıq tə'limində təbiətşünaslıq məsələlərinin şərhi geniş yer tutur. Məşhur 
ərəb tarixçisi və sosioloqu İbn Xaldun (1332-1406) orta əsrlərdə təbiət elminin 
inkişafından danışarkən İbn Sinanın görkəmli davamçısı kimi Nəsrəddin Tusinin 
adını çəkmişdir.
Nəsrəddin Tusinin idrak nəzəriyyəsində duyğuların və əqlin rolu eyni 
dərəcədə yüksək qiymətləndirilir. Filosof hissləri, duyğuları idrakın mənbəyi hesab 
etməklə Aristotelin və Şərq peripotetiklərinin materialist ideyalarını davam 
etdirmişdir. O, öz kitabında yazır: "... Duyğu ayrılıqda ümumi rə'y ifadə etmir, 
amma mə'lum olmalıdır ki," ümumi və ayrıca elmlərin qapılarının açarı duyğudur". 
Dünyanın dərk olunmasını elmi şəkildə izah edən böyük mütəfəkkir idrak 
prosesinin dialektikasını seçə bilmişdir. O, yazır: "Şeylərin dərk olunması bir dəfə 
başa gələn iş deyildir, əksinə, qüvvə və zəiflik, aşkarlıq və məxfilik, xüsusilik və 
ümumilik, kamillik və qeyri-kamillik sarıdan mərhələlərə malikdir". 
Filosof göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onların 
əqli yetkinliyi, idrak qabiliyyəti artır. 
Marağa rəsədxanasındakı fəaliyyəti Nəsrəddin Tusiyə dünya şöhrəti 
gətirmişdir. O, oraya yaradıcı alimləri və filosofları də'vət etmiş, onların işləmələri 
üçün hər cür şərait yaratmışdır. 1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan 
Azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi 
cihazlar arasında içi boş yer kürrəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri 
verilmiş bu fiqur coğrafi qlobus idi. Təəssüf ki, elm aləmində elə hesab edirlər ki, 
ilk coğrafi qlobusu guya alman alimi Martin Bahaym (1459-1507) hazırlamışdır. 
Nəsrəddin Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs 
demişdir. Nəcməddin Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), 


Qütbəddin Şirazi (1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, 
bilavasitə Nəsrəddin Tusi məktəbinin yetirmələridir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin