FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə45/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   41   42   43   44   45   46   47   48   ...   132
Fəlsəfə mühazirə

Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi
(1193-
1248) böyük filosof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas kimi hələ 
öz sağlığında, habelə sonrakı dövrlərdə şöhrət tapmışdır. Əfzələddin Xunəçi 
Azərbaycanın Xalxal vilayətinin Xuanc qəzasında anadan olmuş və orada təhsil 
almışdır. Mütəfəkkir sonralar gedib Misirdə baş qazi vəzifəsini tutmuşdur. 
Əfzələddin Xunəçinin yaradıçılığı çox cəhətlidir. “Məntiqə dair cümlələr”, 
“Məntiqə dair xülasə”, “Sirlərin kəşfi”, “Təriflərə və təsvirlərə dair məqalə”, “Tibb 
qanununun şərhi” Azərbaycan mütəfəkkirinin mühüm əsərləridir. Əbunəsr Fərabi 
(874 - 950), İbn Sina. Əbdülhəsən Bəhmənyar məktəbinin layiqli varisi olan 
Əfzələddin Xunəçinin yaradıcılığında xüsusilə məntiq məsələləri geniş 
işıqlandırılmışdır.
 
Burada anlayış və onun tərifi, hökm, istidlal və onların növləri 
ardıcıl peripatetizm mövqeyindən dərindən araşdırılmışdır. Azərbaycan filosofu 
Aristotel ən'ənələrinə sadiq qalaraq onu yad ünsürlərdən qorumuşdur. 
Əfzələddin Xunəçinin traktatlarının, eləcə də onların Seyfəddin İsa ibn Davud 
(?-1365), Məhəmməd ibn Əhməd Tilimsani (?-1368), Bürhanəddin Bəğan (?-1457) 
və b. görkəmli filosoflar tərəfindən edilmiş şərhlərin əlyazması nüsxələri dünyanın 
bir sıra kitabxanalarında saxlanılır. 
Orta əsrlərdə Yaxın Şərq ölkələrində tanınmış Azərbayçan filosoflarından biri 


də Nəcməddin Naxçıvanidir (?-1253). 
Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani
haqqında Nəsrəddin Tusinin
şagirdi məşhur alim İbn-Əl-İbri (1226-1286) yazır: "O, böyük fəzilət sahibi, dəqiq 
elmlərin dərindən bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri 
səhayətə çıxdı, xeyli gəzib dolaşdı, axırda kiçik Asiyaya daxil oldu, böyük 
mənsəblər tutdu. Sonralar idarəçilik narahatçılığı və əzab əziyyətləri onu 
bezikdirdi. Oradan Suriyaya yola düşdü. Filosof ömrünün son çağlarında guşənişin 
olmuşdur. Deyilənə görə o, evdən heç yana çıxmır, ancaq dostları ona baş 
çəkirmiş". 
Nəcməddin Naxçıvani bir filosof kimi Şərq peripatetizmini mükəmməl 
öyrənmiş, lakin ardıcıl aristotelçi olmamışdır. O, İbn-Sina kitablarını tənqidi 
planda araşdırmış, onun bəzi doktrinalarına qarşı etirazını bildirmişdir. Mübahisə 
doğuran fəlsəfi məsələlərdən biri nəfsə dair idi. İnsan cisminin məhvindən sonra 
nəfsin yaşamasına inanan Nəcməddin Naxçıvani Şərq peripatetiklərinin əksinə 
olaraq, İbn-Əl-İbrinin qeyd etdiyi kimi tənasüx tə'liminə güclü meyl göstərirdi.Bu
tə'limə görə insan nəfsi ölmur, guya bir bədəndən ayrıldıqdan sonra başqa bir 
bədənə köçür. Aydın olur ki, Nəcməddin Naxçıvani İbn-Sinanın əsərlərini 
ortodoksal islam mevqeyindən təftiş etməmiş, əksinə, hakim dinin ehkamlarına heç 
də uyğun gəlməyən ideyalar söyləmişdir. Nəcməddin Naxçıvaninin İbn-
Kəmmunə İsrailin xətti ilə köçürülmüş "məntiqin məğzi və fəlsəfənin xülasəsi" 
əsərinin əlyazması Nəcəf şəhərində mühafizə edilir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin