formal məntiqin qayda-qanunlarıilə izah edilə bilməyən məsələlər sayılmışdır.
Panteist filosofun tə'limində güclü ifadə olunmuş dialektika ünsürləri vardır.
Mütəfəkkir şeyləri və hadisələri daim dəyişmədə meydana çıxma və yox olmada
təsəvvür edir, onlarda daxili ziddiyyətli çəhətləri, meylləri görürdü.
Eynəlquzat Miyanəçinin tə'limi Yaxın və Orta Şərq ölkələrində azad
fikirliliyin və panteist ideyaların yayılmasına böyük tə'sir göstərmiş, fəlsəfə
tarixində silinməz iz buraxmışdır. Onun əsərləri zəminində İbn Ərəbi, İbn əl-Fariz,
Mahmud Şəbustəri, İmadəddin Nəsimi və başqa örkəmli sufi-panteist
mütəfəkkirlər yazıb-yaratmışlar. Böyük Nəsiminin "Aləmül qeybin vücudu
kainatın eynidir", "həm cahanam, həm cahanın eyni və mahiyyəti" və i.a. panteist
məzmun daşıyan kəlamları Eynəlquzat Miyanəçinin fəlsəfəsi ilə bilavasitə bağlıdır.
Dostları ilə paylaş: