Fəhmən tərəfindən köstərilən vacib və mümkün cisimlərə bölündüyünü qəbul
etmiş, səbəb və nəticə əlaqədarlığında onların hər ikisini əzəli və əbədi saymışdır:
"əzəli olan şey məhv olmaz, çünki əzəli ya vacib varlıq, ya da vacib varlığın
nəticəsidir". Filosof bu fikrin üzərində dayanaraq bir daha yazır: "Vacib varlığın
nəticəsinin məhv olması qeyri-mümkündür". Siracəddin Urməvi hərəkət, məkan və
zaman kateqoriyalarının aydınlaşdırılmasına mühüm yer vermiş, onların hər birinin
şərhinə "Nurların doğuşları" kitabında xüsusi fəsil ayırmışdır. Filosof digər şərq
peripatetikləri kimi hərəkət, kəmiyyət, keyfiyyət, məkanı vəziyyətə görə
müəyyənləşdirmiş, onların müxtəlif növlərini göstərmmşdir. O, elm öyrənməyi, az
bilikdən mükəmməl biliyə keçməyi, habelə sevinməyi, kədərlənməyi, rəğbət
bəsləməyi, nifrət etməyi və s. halları da hərəkət növləri bilmişdir. Siracəddin
Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini, keyfmyyətlərini araşdırarkən bir sıra
qiymətli təbii-elmi fikirlər söyləmişdir. Kainatın geosentrik nəzərmyyəsini qəbul
edən alimin təsəvvüründə maddi aləmi iç-içə yerləşmiş göylər, onların planetləri və
yer kürrəsi təşkml edir. Onun fikrincə ulduzlar üzükdə qiymətli qaş kimi göy
sferalarında qərar tutmuşdur. Təbiətşünas filosof göstərir ki, göylərin dövrləri
arasında müəyyən zaman fərqləri mövcuddur. Hər göyün iki nöqtədə dövrü olur,
onu qütb adlandırırlar. Göylərin dövrləri müəyyən saylarla hesablanır. Belə ki, bir
dövrü Ay göyü bir ayda, Günəş göyü bir ildə, Yupiter göyü 12 ildə, Saturn göyü 30
ildə başa vurur. Göylərin hərəkət sür'əti onların kiçikliyindən, yaxud
böyüklüyündən asılı deyildir.
Siracəddin Urməvi Yer kürəsinə mövcud planetlərdən biri kimi baxmaqla
yanaşı, ona məskənimiz olması cəhətdən xüsusi diqqət yetirmiş, insanı əhatə edən
şeylər və hadisələr haqqında maraqlı mühakimələr yürütmüşdür. O, göy
cisimlərinin, ilk növbədə Günəşin və Ayın yerə tə'siri, yerdəki həyat üçün mühüm
amil olması barədə də söz açmışdır. Siracəddin Urməvinin idrak nəzəriyyəsində
hissin (duyğuların) və əqlin rolu, bir-birinə münasibəti düzgün qiymətləndirilmiş,
insanın bilikləri, hissi və məntiqi idrak yolu ilə əldə etməsi göstərilmişdir.
Azərbaycan filosofunun yaradıcılığında məntiqə dair əsərlər daha çoxdur.
Onun fikrincə, məntiq mə'lum (bilavasitə) bilikdən məchul (vasitəli) biliyə
keçərkən insanı təfəkkür xətalarından qoruyan qanundur.
Siracəddin Urməvinin zəngin fəlsəfi irsi, təbii-elmi fikirləri, xüsusən dərin
məzmunlu məntiq tə'limi əsirlər boyu alimlər üçün böyük örnək olmuşdur.
Dostları ilə paylaş: