FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


 Şihabəddin Yəhya Suhrəvərdinin dünyagörüşü



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə50/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   46   47   48   49   50   51   52   53   ...   132
Fəlsəfə mühazirə

4. Şihabəddin Yəhya Suhrəvərdinin dünyagörüşü
(1154-1191) N.Gəncəvi 
ilə eyni dövrdə yaşamışdır. Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Suhrəvərdi 
böyük filosof, işraqilik fəlsəfəsinin banisidir. 
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıçılığında peripatetizm, sufizm və 
işraqilik məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və 
təbiətşünaslığa dair "Qeydlərində" (Əl-təlvihat), "Müqavimətlər" (Əl-müqavimət", 
"Baxışlar" (Əl-ləməhat) və başqa kitablarında fəlsəfi kateqoriyaların yeni 
təsnifatını hazırlamış, peripatetik tə'limini inkişaf etdirmişdir. "Filosofların 
görüşləri" traktatında Şərq peripatetizmini ortodoksal islam ideoloqlarının 
hücumlarından qorumuşdur. "Cəbrail qanadının səsi", "Qızğın əql", "Bir gün sufi 
camaatla birlikdə", "Uşaqlıq haləti haqqında", "Qarışqaların dili", "Simurğun 
civiltisi", "Ürəklərin bağı" (yaxud "Ürəklərin çəməni") və başqa traktatlarında o öz 
sufi sələflərinin ideyalarını təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur. 


Şihabəddin Suhrəvərdinin "İşıq heykəlləri", "İmaməddin lövhələri", 
"İşıqnamə", xüsusən "İmraq fəlsəfəsi" və bir sıra başqa əsərlərində Şiraqilik 
tə'liminin başlıca məsələləri verilmişdir. Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya 
termininə uyğundur. Şiraqilik (Əl-şiraqiyyə) bu sözdən əmələ gəlib, "Şirağa 
məxsus" deməkdir. Bu tə'limə görə işıqlardan və onun kölgələrindən təşəkkül 
tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin 
işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda 
gəlmişdir. Bununla şiraqilik fəlsəfəsində Şərq peripotetizmindəki əql, nəfs və 
cismin üçlük sisteminə əsaslanan yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. 
Şiraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir. İctimai 
fikirlərə gəldikdə, o Şihabəddin Suhrəvərdinin poeziyasında daha qabarıq 
verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxan mütəfəkkir bədxah insanları 
əjdahaya və ilanlara bənzədirdi. Onun fikrincə xalqa layiqli adam başçılıq 
etməlidir, O, deyirdi "siyasət onun əlində olarsa, zaman işıqlı olar". 
Şihabəddin Suhrəvərdinin fəlsəfəsini, xüsusən onun işiraqilik təlimini 
Şəmsəddin Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi 
(1236-1311), Vədud Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli 
filosoflar inkişaf etdirmişlər.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin